Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək. Bakı Konqres Mərkəzində baş tutacaq gecənin təşkilatçıları “Peachline” və “Kevents Group” şirkətləridir. Bildirilir ki, konsert martın 18-də keçiriləcək. Xatırladaq ki, Z.Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi.