Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub. Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Məhəmməd Əhmədbəyli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, ötən gün Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyevin işdən azad olunması barədə məlumat yayılmışdı. (Oxu. az)