Sürücü şirkətə məxsus avtomobili qaçırıb –Goranboyda gizlədir

“Fitstar Herbal Products” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsi şirkətdə sürücü işləyən Xəyyam Rəhimov adlı şəxs tərəfindən qaçırılıb.

Bu barədə Azpost.info-ya MMC-nin direktoru Firdovsi Vəliyev bildirib. Onun sözlərinə görə, həmin şəxs nəqliyyat vasitəsini hazırda yaşadığı Goranboy rayonunun ərazisində gizlədir. Firdovsi Vəliyev bildirib ki, məsələ ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək qanunsuzluğa, özbaşınalığa son qoyulması üçün tədbirlərin görülməsini xahiş edib. Bundan sonra, Xəyyam Rəhimovun qardaşı, Goranboy Poli Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin polis serjantı olan Xəyal Rəhimov onunla görüşə gəlib. “Polis serjantına qardaşının qanunsuz hərəkətləri barədə məlumat verdim, nəqliyyat vasitəsini qəsb edərək etibarnaməsiz idarə etdiyini bildirdim. Mənimlə hədə tonunda danışdı, adının hallandırmamağımı tələb etdi”, – deyə o bildirib.

Şikayətçinin sözlərinə görə, Xəyyam Rəhimov MMC-yə məxsus nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etdiyinə görə dəfələrlə polis tərəfindən saxlanılıb, hər dəfə də qardaşı Xəyal Rəhimovun müdaxiləsi nəticəsində nəqliyyat vasitəsi cərimə meydançasına aparılmayıb.

Firdovsi Əliyev daha sonra bildirib: “Az 77 AE 649 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsi “Fitstar Herbal Products” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Sözügedən nəqliyyat vasitəsindən istifadə hüquqları 18 sentyabr 2022-ci il tarixli IXA seriyalı 002401 nömrəli yük avtonəqliyyatı üçün yol vərəqi əsasında sürücü Xəyyam Nəriman oğlu Rəhimova (AC984822) verilmişdi. Hazırda sürücü Xəyyam Rəhimov özbaşınalıq edir və cəmiyyətə məxsus nəqliyyat vasitəsini geri qaytarmaqdan boyun qaçırır”.

Firdovsi Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etdiyini deyib. “İnanıram ki, müraciətim nəzərə alınacaq və bu qanunsuzluqla bağlı müvafiq tədbir görüləcək”, – deyə o əlavə edib.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.