Şuşa ilə bağlı filmin çəkilişlərinə start verilib

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin icrası davam edir.

Layihə rəhbəri Lalə Azərtaşın verdiyi məlumata görə, layihə çərçivəsində Şuşanın 270 illiyinə həsr edilən qısametrajlı filmin çəkilişlərinə başlanılıb. Filmin çəkilişləri Şuşa və Bakı şəhərlərində aparılacaq. Bu məqsədlə 44 nəfərlik yaradıcı heyət ilk olaraq Şuşa şəhərində çəkilişlərə start verib. Layihə rəhbərinin sözlərinə görə, Şuşa üçün rəmzi məna daşıyan bir sıra məkan və məqamların əksini tapacaq filmin əsas ssenari xətti real tarixi hadisə üzərində qurulub.

Əsas məqsədi Şuşanı virtual məkanda təbliğ etmək olan layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində saytın açılması, jurnal nəşri də nəzərdə tutulur.

Əvvəlki məqalə

Şabran və Qəbələdə yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Sonrakı məqalə

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib