Tərtərdə yol idarəsinin işçiləri minaya düşüb

Fevralın 18-də Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən xəbərə əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İctimai nəzarətin bir forması bu cür videolardır” –

Sonrakı məqalə