Tağıyev haqda 8 seriyalı film 2023-cü ildə hazır olacaq

Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur.

“Film ortaq layihədir – Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Serialın da o tarixdə hazır olması nəzərdə tutulur”, – məlumatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“20 yanvarla bağlı Rus dili dərsliyində yol verilmiş təhrif düzəldilməlidir” –

Sonrakı məqalə

Nazarbayev ilk dəfə üzə çıxdı, xalqa müraciət etdi –