Tanınmış sovet yumor ustası Gennadi Xazanov xəstəxanaya aparılıb

04 İyul 2020 - 12:11

Moskva dövlət estrada teatrının rəhbəri Gennadi Xazanov xəstəxanaya aparılıb.

Azpost.info bildirir ki, tanınmış aktyor kardiologiya şöbəsinə yerləşdirilib. Onda ürəklə bağlı problem aşkar edilib.

Bir müddət əvvəl Xazanov bildirmişdi ki, özünü pis edir. Amma xəstəxanaya getməkdən imtina etmişdi. Həkimlər müayindən sonra nəticəni bildirəcəklər.