Tehran və Kiyev vurulmuş təyyarə barədə razılıq əldə ediblər
İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələni müzakirə ediblər. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.
Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub.
Ukrayna Prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...