Tramp Paşinyanı da “Sülh Şurası”na dəvət edib

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq “Sülh Şurası”na dəvət edib.

Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub.

Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla və məsuliyyət hissi ilə qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.