Trampın uğursuz zarafatı 30 amerikalını zəhərlədi – “Dezinfeksiya maddələri koronavirusu öldürür”
ABŞ prezidenti Tramp mətbuat konfrasında səsləndirdiyi uğursuz ifadələr az qala onlarla amerikalının həyatı bahasına başa gəlsin.
Azpost.info bildirir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı mətbuat konfransında deyib ki, dezinfeksiyaedici maddələr bir dəqiqə ərzində koronavirusu öldürür. “Bir yol vardırmı ki, onu bədənə aşılayaq və ya onunla ağ ciyərləri yuyub təmizləyək?”.
Amerika səhiyyə nazirliyinin rəsmiləri və həkimlər dərhal Trampın bu təklifini təhlükəli adlandıırıb və xalqa müraciət edərək heç bir halda bu cür metodları sınaqdan keçirməməyə çağırıb.
Buna baxmayaraq bu təklifi sınaqdan çıxaranlar olub.
ABŞ Səhiyyə Nazirliyinin Nyu-Yorkdakı infeksiyaya nəzarət mərkəzi bildirib ki, cümə axşamı günü səhər saat doqquzdan cümə günü saat 15-dək dezinfeksiya maddələri ilə zəhərlənmiş otuz nəfər xəstəxanaya müraciət edib.
Tramp cümə gün deyib ki, dezinfeksiyaedici maddələrdən istifadə ilə bağlı təklifi bir zarafat olub. “Qardian” qəzeti yazıb ki, Ağ Ev ABŞ prezidentinin gündəlik mətbuat konfranslarındakı iştirakını azaltmağı planlaşdırır.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...