Qarabağda atəşkəsə nəzarəti həyata keçirəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib. Azpost.info bildirir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Türkiyəli generalın rəhbərliyk etdiyi qrup Ağdamda yerləşəcək Rusiya-Türkiyə Atəşkəsə Birgə Nəzarət Mərkəzində fəaliyyət göstərəcək. Mərkəz yanvar ayının ilk həftəsindən fəaliyyətə başlayacaq. Birnci mərhələdə 25 türk əsgəri Azərbaycana göndərilib. Gələn həftələrdə say artırılacaq və 60 nəfərə çatacaq.