Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb
Türkiyənin Xarici İşlər Nazirliyi Bərdənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda Ermənistanın mülki insanları hədəfə alması pislənilir:
“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, 4 mülki insan həyatını itirib, 13 nəfər yaralanıb. Bu qanlı cinayətin qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanı davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq”.
Bəyanatda həmçinin qeyd edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir:
“26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsini bizi düşündürür”. (Report)
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...