Türkiyədə 4,5 bal gücündə zəlzələ olub - Bir neçə evdə çatlar əmələ gəlib
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Yerli vaxtla 22:22-də baş verən zəlzələ İstanbul, Bursa, İzmir, Afyon, Uşaq kimi bir çox şəhərlərdə hiss edilib.
Kandilli Rəsədxanasından verilən məlumata görə, eyni nöqtədə yerli vaxtla saat 22.25-də 4,4 bal gücündə təkanlar qeydə alınıb.
Qeyd edək ki, gün ərzində eyni ərazidə bir neçə dəfə zəlzələ baş verib. Saat 17:46-da 4,1, 16:49-da 3,3 və 16:18-də isə 3,2 maqnitudada təkanlar hiss edilib.
Saat 22:22-də baş verən yer silkələnməsində Akhisar rayonunun Çəltikli məhəlləsində bir neçə evdə çatlar əmələ gəlib. Hələlik yaralılar və digər dağıntılar barədə məlumat yoxdur.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...