Türkiyənin Manisa şəhərində növbəti güclü zəlzələ olub. “Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar 3.9 bal gücündə olub. Qeyd edək ki, bu gün səhər saatlarında Manisa şəhərində 3 baldan güclü zəlzələ qeydə alınıb. Həmçinin Egey bölgəsi və Ankarada da zəlzələ olub.