Ankarada terror törədən iki nəfər məhv edilib –Bir terrorçu qadındır

Türkiyənin TUSAŞ aerokosmik şirkətinin obyektində törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Daxili işlər naziri  yaralanan 22 nəfərdən ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Onun sözlərinə görə, hücumda böyük ehtimalla terror təşkilatı PKK iştirak edib.

Nazirin sözlərinə görə, hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib. Yerlikayanın terrorçulardan birinin qadın olduğunu deyib.

Şöbə müdiri ictimaiyyəti baş verənlərlə bağlı yalnız rəsmi mənbələrin məlumatlarına etibar etməyə çağırıb.

 

Əvvəlki məqalə

Noyabrda bu günlərdə iş və dərs olmayacaq –

Sonrakı məqalə

PKK-nın Rusiyada nümayəndəsi Bara Yusubov həbs edilib