Türkiyənin məşhur kino aktrisası Fatma Girik vəfat edib

Türkiyə kinosunun ən məşhur simalarından olan, aktrisa Fatma Girik vəfat edib.

Azpost.info-nun məlumatına görə, aktrisa bu gün xəstəxanada dünyasını dəyişib.

Fatma Girik 80 yaşında idi.

Fatma Girik 1942-ci ilin dekabrında anadan olub. 13 yaşında ilk filmə çəkilib. 60-70-ci illərdə oynadığı obrazlar ona böyük şöhrət gətirib.

Onun çəkildiyi filmlər Türkiyənin “Yeşilcam” sinema tarixində mühüm yer tutur.

Verdiyi son müsahibəsində “çox gözəl yaşadım. Arxamca pis danışmasınlar.”-demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluqda kollegiya iclası başlayıb –

Sonrakı məqalə

Erməni cinayətləri ilə bağlı bəzi işlərin icraatı dayandırılıb –