“Türkiyənin Qarabağdakı yeri həm döyüş meydanında, həm də danışıqlar masasındadır” –AKAR

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.

Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya sülhməramlı qüvvələrinin komandanı Bakıya gəldi –

Sonrakı məqalə

“Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik” –