Ukrayna ordusunun əsir götürdüyü Şimali Koreya əsgəri ölüb- “Yonhap”

Ukrayna ordusunun əsir götürdüyü Şimali Koreya əsgəri ölüb.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadən yazıb.

Xidmətdən bildirilib ki, döyüşçünün ölümü ilə bağlı məlumat “dost ölkədən” daxil olub.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Qeyd edək ki, Seul hərbi əməliyyat zonasında təxminən 11 min Şimali Koreya döyüşçünün olduğunu iddia edir.

Azpost.info

Əvvəlki məqalə

Almaniyada SİYASİ BÖHRAN: Prezident Bundestaqı BURAXDI

Sonrakı məqalə

Sağ qalan bələdçi: