Ukrayna seçkiyə hazırlaşır: Zelenski yenidən prezidentliyə namizəd olacaqmı?

Ukrayna lideri Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb. AzPost xəbər verir ki, dövlət başçısı bu barədə “TSN” telekanalına müsahibəsində danışıb.

Zelenski yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələlik dəqiq cavab verməyə hazır olmadığını bildirib. “Müharibənin necə bitəcəyini bilmirəm. Əlimdən gələni etsəm, yəqin ki, qərara daha müsbət baxacağam. Bu gün mənim məqsədim bu deyil”, – Ukraynalı lider vurğulayıb.

Əvvəlki məqalə

Su altının ən yeni kabusu: Rusiyanın “Yasen-M” qayığı

Sonrakı məqalə

Üç aydır “yoxa çıxan” 81 yaşlı siyasətçi: “Ölməmişəm…”