Ukraynalı deputatlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər- FOTO

Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri fevralın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, nümayəndə heyəti, əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Əvvəlki məqalə

“Finlandiya və İsveçin NATO-ya qoşulması əsas prioritetimizdir”

Sonrakı məqalə

Müharibədən sonra mina partlayışından ölən və xəsarət alanların sayı açıqlanıb