Ukraynanın baş naziri istefa verib - İnternetdə yayılan səs yazısına görə
Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, bunu "Facebook" səhifəsində yazıb.
Baş nazir deyib ki, Prezident Vladimir Zelenskiyə istefa ilə bağlı ərizə yazıb.
O, bunu prezidentə olan hörmət və etibarın şübhə altına alınmaması üçün etdiyini bildirib.
Qeyd edək ki, yanvarın 15-də "Prezidenti necə aldatmaq olar" "Youtube" kanalı baş nazir Aleksey Qonçaruk, maliyyə naziri Oksana Markarova, Milli Bankın rəhbəri Yakov Smoli və onun müavini Yekaterina Rojkovaya aid olduğu iddia edilən telefon danışığının səs yazısını yayıb. Səs yazısında onlar dövlət başçısı Vladimir Zelenskini "axmaq prezident" adlandırırlar və ona qrivna kursunun möhkəmlənməsinin səbəblərini başa salacaqlarını deyirlər.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...