ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger Azərbaycanın ATƏT/DTİHB müşahidəçi missiyasını 9 fevral parlament seçkilərinə dəvət etməsini alqışlayıb. Azpost.info Turan-a istinadən bildirir ki, jurnalistlərlə söhbətində səfir ümidvar olduğunu bildirib ki, yeni parlamentdə qadınların, o cümlədən sahibkarların sayı çox olacaq. Azad və demokratik seçkilər ölkəni irəliyə apara bilər. “Biz beynəlxalq və yerli müşahidəçilər tərəfindən seçkilərin monitorinqi üçün hökumətin hər cür şərait yaradacağını gözləyirik”, - səfir deyib.