Vitse-spiker koronavirusa görə istefa verdi - Polşada
Polşa Senatı sədrinin müavini Stanislav Karçevski istefa verərək koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün həkim işləyəcəyini bildirib.
“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı yerli "RMF24" yayıb
“Bu gündən Senat sədrinin müavini vəzifəsindən istefa verib öz peşəmə qayıdıram. Ancaq siyasətdən getmirəm”, - o bildirib.
Sədr müavini ixtisasca cərrah-həkimdir. O, Pilisa və Silezsk voyevodalığında həkim işləyəcək: “Canavarı meşə çəkir. Özümü balıq özünü suda hiss edən kimi hiss edirəm. Dostlar məni çox yaxşı qarşıladı”.
Qeyd edək ki, Polşada 17 062 nəfər koronavirusa yoluxub, 847 nəfər ölüb.
Polşa sərhədlərinə nəzarəti və xarici ölkə vətəndaşlarının ölkəyə giriş qadağasını iyunun 12-dək uzadıb.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...