“Xaç atası” filmində Sonni Korleone rolunu oynamış aktyor vəfat edib-FOTO

Əfsanəvi “Xaç atası” filmində Sonni Korleone rolunu oynamış aktyor Ceyms Kaan 82 yaşında vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə ailəsi rəsmi tvitter səhifəsində məlumat veriblər.

Ceyms Kaan iyulun 6-da dünyasını dəyişib.

Aktyor 1940-cı ilin martında anadan olub. Bir zamanlar rejissor Frensis Ford Koppola və aktrisa Leyni Kazanla bir yerdə Universitetdə oxuyub.

Aktyorluq karyerasına 60-cı illərdə başlayıb. Onun ən məşhur rolu “Xaç atası” filmində olub.

 

Əvvəlki məqalə

SOCAR-ın dövriyyəsi 75 milyard manata çatıb

Sonrakı məqalə

Yaponiyanın sabiq baş nazirinə silahlı hücum olub –