Xalq artisti Məlik Dadaşovun xatirə-barelyef  lövhəsi hazırlanır

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun xatirə-barelyef lövhəsi hazırlanır.

Azpost.info-nun özəl xəbərinə görə, Məlik Dadaşovun uzun illər yaşadığı binaya görkəmli sənətkarın xatirə-barelyef lövhəsi vurulacaq.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətində, tanınmış kino xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin təşəbbüsü ilə məsələ qaldırılıb.

Qeyd olunub ki, Məlik Dadaşovun  xatirə-barelyef lövhəsinin hazırlanması və yaşadığı binaya vurulması ilə bağlı müvafiq qurumlara məktub ünvanlanıb.

Xatırladaq ki, Xalq artisti, görkəmli teatr və kino xadimi Məlik Dadaşovun vəfatından 26 il ötməsinə baxmayaraq, hələ də yaşadığı binada xatirə barelyef lövhəsi yoxdur.

Bu məsələ ilə bağlı Məlik Dadaşovun qızı, hazırda Türkiyədə yaşayan Gülnarə Dadaşova  ilə əlaqə saxladıq. Gülnarə Dadaşova məsələdən xəbərdar olduğunu bildirdi: “Uzun illərdir atamın xatirə-barelyef lövhəsinin yaşadığı binaya vurulması arzusu ilə yaşayıram. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevlə bu barədə danışmışıq. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq”.

Qeyd edək ki, 2024-cü ildə Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 ili tamam olacaq.

 Ülviyyə Həsənqızı

Azpost.info

Əvvəlki məqalə

“Laçın dəhlizi”nə alternativ yeni yolun tikintisi yekunlaşır

Sonrakı məqalə

Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub