Xalq artisti Səyavuş Aslana məxsus materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fond şöbəsinə təqdim edilib.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, nümunələrdən biri S.Aslanın anadan olmasının 50 illiyi münasibətilə 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona verilən Fəxri fərman, digəri isə müstəqillik dövründə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanlardır.

Bu gün S.Aslanın doğum günüdür. O, 1935-ci il sentyabrın 5-də anadan olub.

Səyavuş Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazları məharətlə ifa edib.

Əvvəlki məqalə

Metronun 3 stansiyasının girişi sabahdan bağlanır –

Sonrakı məqalə

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib