Xameneyi və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil –İsrail KİV

İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb.

Bu barədə anonim İsrail rəsmisi “The Times of Israel”ə danışıb.

Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub.

Lakin hələlik hücumların nəticələri bilinmir.

Qeyd edək ki, bundan əvvəl İran mediası Pezeşkianın öldürülməsi ilə bağlı iddiaları təkzib edib. “Reuters“ isə Xameneinin Tehranda olmadığını və təhlükəsiz yerə köçürüldüyünə dair məlumat yayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.