Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar

Yəmənin husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının hərbi sözçüsü, briqada generalı Yəhya Sərii dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.

APA əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.

PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.

Qruplaşma sözçüsü həmçinin PAU-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.

ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.