“Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər” - İran Prezidenti
Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Bu sözləri İran Prezidenti Həsən Ruhani “Twitter” hesabında yazıb. Prezident bildirib ki, bu kədərli hadisəyə görə İran dərin təəssüf hissi keçirir.
H.Ruhani ölənlərin yaxınlarına və ailə üzvlərinə başsağlığı verib.
Xatırladaq ki, faciəli hadisəyə İranın Xarici İşlər naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də münasibət bildiriblər. Onlar da Ukrayna xalqından və dövlətindən üzr istəyib, günahkarların cəzalandırılacağını nəzərə çatdırıblar.
Qeyd edək ki, yanvarın 8-də Ukraynaya məxsus “Boing” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu gün isə İran bəyanat verərək təyyarənin yanlışlıqla vurulduğunu etiraf edib(azərtac).
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...