Yüksək balla müəllimlik ixtisasını seçən əkiz bacılar- FOTO

Cari ilin tələbə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Zümrüd Cəbrayıl qızı Tağızadə 651.9 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. O, 2022-ci ildə ADPU-ya ən yüksək balla qəbul olunan tələbədir.

Bu barədə universitetdən məlumat verilib.

Zümrüdün əkiz bacısı Yaqut Tağızadə də qəbul imtahanlarında 586.3 bal toplayaraq Pedaqoji Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Zümrüd və Yaqut bacıları Bakı şəhəri V.Mirzəliyev adına 281 saylı məktəbin məzunlarıdır.

Əvvəlki məqalə

Daha 502 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Sonrakı məqalə

Azərbaycanda siyasi partiyalara ianələrlə bağlı yuxarı hədd müəyyənləşir