Zelenski Ukraynadan Bakıya silah satışı barədə ittihamlara kəskin cavab verdi: - "Bu gün qorxuya düşmüsən, çünki bu dəhşət sənin də evinə gəlib”
Ukrayna Prezidenti Vladimir Zelenski kinorejissor Sarik Andreasyanın Ukraynanın Dağlıq Qarabağda döyüş əməliyyatları aparan Azərbaycana guya hərbi yardım göstərməsi barədə ittihamlarına münasibət bildirib. O, Rusiya feyklərini yaymamağı xahiş edib.
Ukrayna dövlətinin başçısı öz mövqeyini Telegram-kanalda şərh edib.
Prezident Zelenski qeyd edib ki, Ukrayna heç vaxt və heç yerə heç bir fosforlu bomba göndərməyib. O yazıb: “Belə əsassız şayiələrin yayılması ilk dəfə deyil. Əvvəlcə Ukrayna haqqında və Donbasda müharibə barədə belə yalanlar deyirdilər. Sonra Ukrayna və Suriyada müharibə barədə eyni yalanlar yayıldı. İndi bu vəziyyət Dağlıq Qarabağda müharibə kontekstində əmələ gəlib. Bütün bunları edən eyni adamlardır”.
Kinorejissorun belə bir bəyanatla çıxış etməsindən hiddətlənən Zelenski bəyan edib ki, Ukrayna heç vaxt münaqişənin eskalasiyasının tərəfdarı olmayıb. O yazır: “Müharibə Ukraynaya gələndə, bizim uşaqlarımız həlak olanda sən harada idin? Erməni mənşəli Ukrayna vətəndaşları həlak olanda, - belələri isə bir və ya iki nəfər deyil, onlarcadır, - şəxsən sən təcavüz əleyhinə nə demisən? Heç nə? Başa düşürəm. Ona görə ki, bu, sənin müharibən deyildi! Bu gün isə qorxuya düşmüsən, çünki bu dəhşət sənin də evinə gəlib”. (Azərtac)
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...