Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
“Anadolu” Agentliyinin verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.