Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9,2 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında deyib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ümumi daxili məhsulda artım 1,8-2 faiz civarında olacaq. Qeyri-neft ÜDM-də artımın 5,7 faizə çatacağı proqnozlaşdırılır.