ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyardlıq yardımla bağlı sənədi təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində maliyyə yardımı paketinin ayrılmasına dair qanun layihəsini təsdiqləyib,

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təsdiq qanun layihəsini növbəti səsvermə üçün Nümayəndələr Palatasına təqdim etməyə imkan verir.

Bununla belə, Qərb analitikləri hesab edirlər ki, son nəticədə Nümayəndələr Palatasının üzvləri qanun layihəsini təsdiq etməyəcəklər.

Qanun layihəsi minimum 60 səs baryerini keçməli idi. Onun lehinə 70, əleyhinə isə 29 səs toplanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.