Abşeron rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü - 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.