“Aİ Rusiyanın hücumuna qarşı könüllülər ordusu yaratmalıdır”- Polşa XİN başçısı

“Avropa İttifaqı Rusiyanın hücumuna qarşı könüllülər ordusu yaratmaqla hərbi potensialını gücləndirməlidir”.

Azpost.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Onun sözlərinə görə, söhbət nizami hərbçilərin cəlb edilməsi nəzərdə tutulmayan əlavə cavab qüvvələrindən gedir:

“Mən Avropa ordusu haqqında danışmaqdan çəkinərdim, çünki bu, bizim milli orduları birləşdirəcəyimiz təəssüratı yaradır. Bunun mümkün olduğunu düşünmürəm. Hesab edirəm ki, Avropa milli ordularla yanaşı öz cavab qüvvələrini yaratmalıdır”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan bankları “Contact”la pul köçürmələrini dayandırıb

Sonrakı məqalə

Türkiyə ABŞ-yə yeni səfir təyin edib