Çində milyarder ailəsində böyüyən Mey Çjitsyan illər sonra bioloji valideynlərinə qovuşub. Lakin onu daha böyük sürpriz gözləyirmiş: doğma valideynlərinin də böyük sərvət sahibi olduğu məlum olub.

Azpost.info xəbər verir ki, bu barədə “PeanutGalleryNews” nəşri məlumat yayıb.

Oğlan 1997-ci ilin iyulunda, iki yaşında olarkən Kunmin şəhərindəki evlərinin qarşısından qaçırılıb. Daha sonra onu Futszyan əyalətindən olan imkanlı ər-arvad övladlığa götürüb. Bioloji valideynləri isə bütün bu illər ərzində oğullarını axtarmağa davam ediblər. “Cütlük hər il oğullarının doğum gününü qeyd edir, hətta onun üçün ayrıca ev də almışdı”, – məlumatda bildirilir.

2022-ci ildə Mey Çjitsyanın bioloji valideynləri ilə qohumluğu DNT ekspertizası vasitəsilə təsdiqlənib. Görüşdən sonra Çjitsyan doğma valideynlərinin yanına köçmək qərarına gəlib. O, atasının hotel avadanlıqlarının satışı ilə məşğul olan şirkətində işə başlayıb.

Atası isə oğluna ailə biznesinin idarə edilməsini öyrətmək niyyətindədir.

N. Talıblı