AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək. Akademiyadan "Report"a verilən məlumata görə, konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq: - Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları; - Təkamül və epidemiologiya, gələcək risklər; - Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası; - Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları; - COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları; - Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi; - Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər; - Pandemiyalar və bioetik problemlər; - Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri. Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVİD-19 – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.