Bu ayın sonunadək Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.