Azərbaycan vətəndaşının Ermənistana keçməsinə dair məlumatlar araşdırılır - Qırmızı Xaç
Azərbaycan vətəndaşının Ermənistana keçməsinə dair yayılan xəbərlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aidiyyəti qurumlarla əlaqə saxlayır.
Bu barədə APA-ya BQXK-nın Bakı ofisindən bildirilib.
Qeyd olunub ki, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir.
Xatırladaq ki, Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.
“ru.armeniasputnik.am” saytı yazıb ki, həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub.
O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlarla bağlı araşdırma aparır.
Əlaqəli xəbərlər
-
26 ziyalı Prezident İlham Əliyevə müraciət etdi - 2027-ci il “Azərbaycan dili ili” elan edilsin
-
Əli Əsədovun 70 yaşı tamam olur - “Şərəf” ordeni ilə təltif edildi / SƏRƏNCAM
-
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
-
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan nümayəndələri ilə görüşüb
Növbəti xəbər yüklənir...