2019-cu ildə ölkəyə 51,5 min ton ət idxal edilib. AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri isə 79,4 milyon ABŞ dolları olub. Xatırladaq ki, 2018-ci ildə Azərbaycana 70 milyon dollarlıq 47,4 min ton ət idxal edilib.