Ötən il Azərbaycanda 60 və yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 1048 nəfər olub. Bu barədə Azvizion.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 801-i kişi, 247-si qadındır.
Nikaha daxil olan ən yaşlı kişinin 89, ən yaşlı qadının 85 yaşı olub.