Yanvarın 15-də “Salyan Oil” əməliyyat şirkətinin işçiləri əmək haqlarının artırılması tələbi ilə etiraz aksiyası keçiriblər. İşçilər deyiblər ki, şirkətin 200-ə yaxın əməkdaşı ofisin önünə toplaşaraq ayda 400-500 manata yaşamağın mümkün olmadığını bildiriblər. “Salyan Oil” şirkətindən onlara vəd verib ki, yanvarın 1-dən maaşlar artırılacaq. Sözügedən şirkət Azərbaycan-Çin birgə müəssisəsidir. Təsisçiləri SOCAR və SNPC-dir. (Turan)