Azərbaycanda hər 10 min nəfərə 227 tələbə düşür

Azərbaycanda əhalinin hər 10 min nəfərinə 227 tələbə düşür.

AzPost bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Son 35 il ərzində isə ölkədə əhalinin sayı artsa da bu rəqəm bir qədər dəyişib.

Belə ki, 1990-cı ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 148 tələbə düşüb.

Ali məktəbələrə qəbul olunan tələbələrin sayı da qeyd edilib.

Ölkənin ali məktəblərinə 52 880 nəfər qəbul olunub.

1990-cı ildə isə bu say 19497 nəfər olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.