Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb - FOTO
Güclü külək səbəbindən Bakının Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərə tövsiyə edilir ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar.
İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməsinlər.
Növbəti xəbər yüklənir...