Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Taksi sürücüsü kimi fəaliyyət göstərən 26 yaşlı Qəhrəmanov Malik Mustafa oğlunun  avtomobilini üç sərnişin saxlatdırıb. Sərnişinlərdən biri onu bıçaqla vurub. Yaralı sürücü xəstəxanaya çatdırılıb.