Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib.  Baku.ws-in məlumatına görə, xeyli sayda ambulans maşınları Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu, koronavirus xəstəxanaları üçün deyil: “Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam edəcək”.