Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzPost.az