Dünya şöhrətli rəssam Əşərf Heybətova Azərbaycan vətəndaşlığı verildi

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni
Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq
rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradovla görüşüb.

Komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə
təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan
Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan
həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-
ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və
millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.

Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin
toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və
“Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən
müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb
olub.
Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə
başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan
naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.
Ə.Heybətovun Azərbaycan vətəndaşlığı alması bilgi sahibi və daşıyıcısı olan
insanlarımızın bilik və təcrübələrini, intellektual potensiallarını həm də Ana
Vətənlə bölüşmələrinin ən gözəl nümunələrindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin məşhur “Tehran-43” filminin rejissoru vəfat edib

Sonrakı məqalə

Ordumuzun minaatan və artilleriya bölmələri döyüş təlimləri keçirdi –