DYP:"Sərt karantin vaxtı Bakıda 80-dən artıq stasionar post təşkil edilib" (VİDEO)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar ötən həftəsonu Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən “Report”a verilən məlumata görə, paytaxtın inzibati ərazisi, küçə və prospektləri yol polisi tərəfindən tam nəzarətə götürülüb:

“Bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib. Bu dövr ərzində ciddi qanun pozuntusu qeydə alınmayıb. Buna aparılan təbliğat işləri sayəsində nail olunub”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir